Cəbhənin Qazax istiqamətində təxribat

Cəbhənin Qazax istiqamətində təxribat

Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub

 

2019-cu ilin 1 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində, Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

 

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Müəllif: Ayna.az      2 Oktyabr 2019 12:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin