Əsas səhifə Haqqımızda Xəbər lenti

İtaliyada səsvermə hüququ 16 yaşa endirilə bilər

İtaliyada səsvermə hüququ 16 yaşa endirilə bilər

İtaliyada vətəndaşların seçkidə iştirakı, səsvermə hüquqları ilə  bağlı yeni təkliflər irəli sürülüb

 

Belə ki, ölkədəki koalisiya partiyaları səsvermə hüququnun 18 yaşdan 16 yaşa endirilməsini tələb edirlər. Əgər bu təklif qanunda əksini tapsa, İtaliyada növbəti seçkilərdə 1 milyon əlavə səs veriləcək. AYNA xəbər verir ki, bu barədə İtaliyanın eks baş naziri Enriko Letta bəyan edib.

 

Demokratik Partiyanın üzvü E. Letta  bildirib ki, son zamanlar gənclərin aktivliyi nəzərə çarpır: “ Bunu  iqlim dəyişikliyi ilə mübrizədə hakimiyyətdən siyasi tərpəniş tələb edən gənclərdən ibarət Fridays for Future (Gələcək üçün Cümələr) hərəkatını izləyərkən gördüm. Gənclər  siyasətin mərkəzində olmalıdırlar".

 


 Eks baş nazirin bu çağırışına başqa siyasilərdən də dəstək gəlib, hətta hakimiyyətdən də məsələyə isti yanaşma nəzərə çarpır.

 


 Məlumat üçün deyək ki, İtalıyada səsvermədə bu yaş həddi qanuni həllini taparsa, bu Avropa İttifaqı ölkələrində ən aşağı yaş həddi olacaq. Hazırda Almaniya və Şotlandiya kimi bir sıra Avropa İttifaqı ölkələrində yalnız özünü idarəetmə orqanlarına seçkilər zamanı səsvermədə 16 yaşlı vətəndaş iştirak edə bilər.

 


Macarıstanda isə vəziyyət daha maraqlıdır. Belə ki, yalnız  16 yaşında evli olan insanlar səs vermək hüququna malikdirlər, evli olmayanlar isə səs vermək üçün 18 yaşlarına qədər gözləmək məcburiyyətindədirlər.

 

Müəllif: Ayna.az      1 Oktyabr 2019 23:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin