Əsas səhifə Haqqımızda Xəbər lenti

Husilər BMT nümayəndəsini paytaxtdan qovublar

Husilər BMT nümayəndəsini paytaxtdan qovublar

Yaraqlıların bu davranışı Ali Komissarlığın nəzdində hazırlanan hesabatlarla bağlıdır

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndəki nümayəndəsi Martin Qriffits, bu ölkənin paytaxtı Sənaya 2 günlük səfər edib. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, BMT nümayəndəsinin səfərin məqsədi - husilərin törətdiyi əməllərin araşdırılmasıdır.

 

Bu arada, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Əhməd əl-Obaid də Sənaya daxil olmağa çalışıb. Lakin husi yaraqlıları onun paytaxta girişinin qarşısını alıblar.

 

Yerli mənbələrin məlumatına görə husilərin bu davranışı Ali Komissarlığın nəzdində hazırlanan hesabatlara görə baş verib. Belə ki, hesabatlarda husilər tərəfindən şəxsi həbsxanalarda qadınlara qarşı cinsi zorakılıq hallarının yer aldığı qeyd olunub.

Müəllif: Ayna.az      1 Oktyabr 2019 20:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin