Bakıda avtobus sürücüsündən təhlükəli “şou” – VİDEO

Bakıda avtobus sürücüsündən təhlükəli “şou” –     VİDEO

Hadisə paytaxtın Xocalı prospektində qeydə alınıb

 

Bakıda sərnişin avtobusunun sürücüsü ciddi qayda pozuntusu törədərək, digər yol hərəkəti iştirakçısı üçün qəza vəziyyəti yaradıb. Hadisə paytaxtın Xocalı prospektində qeydə alınıb.

 

Küçə ilə hərəkətdə olan 99-XJ-581 qeydiyyat nişanlı, 49 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusun sürücüsü, işıqforun qırmızı işığında hərəkət edərək sola Nəcəfqulu Rəfiyev küçəsinə dönüb. Sürücü qırmızı işıqda hərəkət edərkən, N.Rəfiyev küçəsində yaşıl işıqda hərəkət edən digər sürücünün hərəkətinə mane olub.

 

O, N.Rəfiyev küçəsinə döndükdən sonra da qaydaları kobud şəkildə pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb.

 

AYNA avtosfer.az-a istinadən həmin prosesin görüntülərini təqdim edir:

Müəllif: Ayna.az      1 Oktyabr 2019 17:13
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin