Prezident tanınmış aktrisaya ev verdi

Prezident tanınmış aktrisaya ev verdi

İlham Əliyev Əməkdar artistə ev hədiyyə edib

 

Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə mənzil hədiyyə edib. AYNA xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib.

 

S.İsgəndərli "Facebook" səhifəsində ölkə başçısına təşəkkür edib: 

 

"Möhtərəm Cənab Prezident.

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!"

 

Image result for sənubər isgəndərli

 

Xatırladaq ki, 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını alıb. 2012 və 2019-cu illərdə Prezident Mükafatına layiq görülüb. 

2016-cı ildə Azərbaycan mədəniyyəti və incəsənətinə, həmçinin kino yaradıcılığı sahəsinə verdiyi töhfələrə görə Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən "İlin işgüzar xanımı" mükafatı ilə təltif edilib. Həmçinin "Qızıl Dərviş" mükafatçısıdır. 

Müəllif: Ayna.az      25 İyun 2019 10:52
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin