“Apple" istifadəçilərinə məyusedici xəbər

“Apple" istifadəçilərinə məyusedici xəbər

“Apple” şirkəti istehsal etdiyi “MacBook Pro” noutbuklarının bir hissəsini geri yığıb.

 

ABŞ-ın nəhəng texnologiya şirkəti “Apple” 2015-ci ilin sebtyabr ayından 2017-ci ilədək istehsal etdiyi “15 inç retina ekranlı Macbook Pro” noutbuklarını batareyalarındakı yüksək dərəcəli isinmə probleminə görə geri qaytarıb. Şirkət açıqlamasında batareyalardakı isinmə probleminin noutbuklarda partlama təhlükəsi yaratdığını bildirib.

 

“Apple” hansı noutbukların geri yığdığını müəyyənləşdirmək üçün rəsmi veb saytına seriya nömrəsi ilə yoxlamaq funksiyası əlavə edib. İstifadəçilər noutbuklarını firmanın lisensiziyalı mağazalarına təhvil verib, təmir etdirə bilərlər.

Müəllif: Ayna.az      24 İyun 2019 23:45
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin