Cənub bölgəsində ağır qəza baş verib, ölən və yaralananlar var

Cənub bölgəsində ağır qəza baş verib, ölən və yaralananlar var

Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində qeydə alınıb

 

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. AYNA-nın əldə etdiyi məlumata görə, avtomobilin aşması ilə nəticələnən hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

 

Yol qəzası nəticəsində 1 nəfərin həlak olduğu, 3 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlayıb.

Müəllif: Ayna.az      29 Sentyabr 2019 12:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin