Bakıda 11 yaşlı qız yanaraq öldü

Bakıda 11 yaşlı qız yanaraq öldü

2008-ci il təvəllüdlü qızın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub

 

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

AYNA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      29 Sentyabr 2019 09:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin