Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib

Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib

Teymur Rəcəbovla Dinq Liren arasındakı ilk görüş sentyabrın 30-da olacaq

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib. AYNA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gələcək. 

 

Asiyalı yarımfinalda həmyerlisi Yu Yanq Lidən üstün olub. Onlar klassik şahmatda hər iki görüşdə heç-heçə oynadığından qalib sürətli şahmatda müəyyənləşib. Burada 1,5:0,5 hesabı ilə qələbə qazanan D.Liren finala yüksəlib. 

 

2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ qazanan T.Rəcəbovla D.Liren arasındakı ilk görüş sentyabrın 30-da olacaq. Üçüncü yer uğrunda oyunda isə fransalı Maksim Vaşye-Laqravla Yu Yanq Li üz-üzə gələcək.

 

Qeyd edək ki, D.Liren ikinci dəfə finalda oynayacaq. O, 2017-ci ildə Levon Aronyana (Ermənistan) uduzub. 

 

Müəllif: Ayna.az      28 Sentyabr 2019 21:27
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin