Bakıda sahibsiz itlər insanlara hücum edib - VİDEO

Bakıda sahibsiz itlər insanlara hücum edib -   VİDEO

Paytaxt küçələrində sahibsiz itlər sakinlər üçün narahatlıq yaradıb

 

Bu gün günorta saatlarında Bakının mərkəzində bir dəstə sahibsiz küçə iti peyda olub. AYNA xəbər verir ki, heyvanlara şəhərin Cəfər Cabbarlı küçəsində, Caspian Plaza ilə üzbəüz nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda rast gəlinib.

 

Belə ki, sahibsiz heyvanlar ərazidə nəqliyyat vasitələrinə və ətrafdakı insanlara hücum etməyə başlayıb. İnsanların müdaxiləsindən sonra heyvanlar ərazidən uzaqlaşıb.

 

Qeyd edə ki, bundan əvvəl də şəhərin bir neçə ərazisində sahibsiz küçə itləri insanlara hücum edərək xəsarət yetirmişdi.

Müəllif: Mərahim Nəsib      28 Sentyabr 2019 19:52
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin