Abşeron yarımadasının sakinlərinə ehtiyatlı olmaları tövsiyə edilir

Abşeron yarımadasının sakinlərinə ehtiyatlı olmaları tövsiyə edilir

 

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb  küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 14-17° isti, gündüz  22-25° isti,Bakıda gecə 15-17° isti, gündüz 23-25°  isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Bəzi yerlərdə şimşək çaxacağı,arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz  13-18° isti təşkil edəcək.

 

Tibbi meteoroloji proqnoz

 

Sentyabrın 29-da Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ayna.az      28 Sentyabr 2019 15:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin