Mourinyo Zidanı əvəz etmək istəyir

Mourinyo Zidanı əvəz etmək istəyir

Zinəddin Zidan postunu tərk edə bilər

Portuqaliyalı baş məşqçi Joze Mourinyo İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi olmaq üçün Avropa klublarının bir sıra təkliflərini rədd edib.

 AYNA “Report”a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı məşqçini dəvət etməkdə maraqlı olan klublar arasında “Şalke”, “Monako” və “Milan” da var. 

Bildirilir ki, Mourinyo isə hazırda fransız mütəxəssis Zinəddin Zidanın rəhbərlik etdiyi “Real Madrid”ə qayıtmağı düşünür.

Qeyd edək ki, İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər. “Kral klubu”nun rəhbərliyi 47 yaşlı mütəxəssisin yerinə 3 namizədi nəzərdən keçirir. Bunlar italiyalı Massimiliano Alleqri, portuqaliyalı Joze Mourinyo və komandanın sabiq kapitanı ispaniyalı Raul Qonsalesdir. 

Müəllif: Ayna.az      28 Sentyabr 2019 11:09
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin