"Qarabağ" Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazandı

"Qarabağ" Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib

 

Həftənin açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib. AYNA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın ilk yarısı meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 45+2-ci dəqiqədə Dani Kintana fərqlənib. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə Mahir Emreli vurub - 2:0.

 

Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan "Qarabağ" xalını 18-ə çatdırıb və 100 faizlik nəticə ilə liderliyini bir qədər də möhkəmləndirib. "Sumqayıt" isə 6 xalla 5-ci yerdədir.

 

Qeyd edək ki, turun qalan 3 oyunu istirahət günlərində keçiriləcək. Şənbə günü "Qəbələ" "Neftçi"ni qəbul edəcək. Ertəsi gün isə "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları olacaq.

 

Müəllif: Ayna.az      27 Sentyabr 2019 22:49
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin