Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezident Şabrana 12 milyon manat ayırdı

Prezident Şabrana 12 milyon manat ayırdı

Vəsait dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi məqsədilə ayrılıb

 

Prezident İlham Əliyev "Şabran rayonunun Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncamla dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Müəllif: Ayna.az      27 Sentyabr 2019 17:36
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin