Dilqəmlə Şahbazın barəsində yeni xəbər var

Dilqəmlə Şahbazın barəsində yeni xəbər var

Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə kommunikasiya mərhələsi yekunlaşıb

 

"Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib və Azərbaycan hökuməti də bu prosesdə iştirak edir".

 

AYNA "Report"a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb: "Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın bu məsələdəki mövqeyi deputatların nəzərinə çatdırılacaq".

24 İyun 2019 16:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin