Əsas səhifə Haqqımızda Xəbər lenti

Milli adda ulduz, planet görmək istəyirsinizsə, səs verin

Milli adda ulduz, planet görmək istəyirsinizsə, səs verin

Müsabiqədə 3 gün sonra vaxt bitir

 

Beynəlxalq Astranomiya İttifaqı təşkilatın 100 illiyi ilə əlaqədar ölkələrə bir ulduza və onun ətrafındakı planetə öz ölkəsi ilə bağlı ad vermək şansı yaradıb. 70- ə yaxın öıkə arasında Azərbaycanın da adı var.

 

Bu barədə AYNA-ya Milli Elmlər Akademiyasının doktarantı Famil Mustafa məlumat verib. Məlumatda deyilir ki, şans verilən ölkələr arasında Azərbaycanın olması bir üstünlükdür. Ermənistan isə bu siyahıda yoxdur.

 

Müsabiqədə 3 gün sonra vaxt bitir. Hələlik, Azərbaycandan 50-ə yaxın müraciət var. Zamanımız olduğundan Azərbaycanla bağlı adlar göndərmək imkanımız istifadə edə bilərik.

 

F.Mustafanın sözlərinə görə, heç olmasa, ölkəmiz adından 400-ə yaxın ad təklif olunmalıdır. Ətraflı məlumat  və təkliflərinizi göndərmək üçün bu linkə http://iau.shao.az/nameexoworlds/? daxil ola bilərsiz.

 

Xatırladaq ki, az əvvəl Azərbaycanın filoloq alimləri böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar kiçik planetlərdən birinə onun adının verilməsi təşəbbüsünü irəli sürmüşdülər. Az sonra Beynəlxalq Astronomiya İttifaqı kiçik planetlərdən birinə İmadəddin Nəsiminin adının verilməsi ilə bağlı qərar qəbul etdi.

 

Bir neçə ilə əvvəl isə Nizami Gəncəvi və Nəsrəddin Tusinin də adları kiçik planetlərə verilib.

Müəllif: Raminə Eyvazqızı      27 Sentyabr 2019 16:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin