Neymar “Barselona”nı məhkəməyə verib

Neymar “Barselona”nı məhkəməyə verib

Futbolçu klubun ona 10.5 milyon funt sterlinq dəyərində borcunun olduğunu iddia edir

 

Fransada futbol karyerasına davam edən ulduz futbolçu Neymar, bununla yanaşı, “Barselona” klubundan uzaqlaşa bilmir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, futbolçu bu gün səhər saatlarında “Barselona”ya gəlib.

 

Neymar Fransanın PSJ klubuna transfer olmasına baxmayaraq, Kataloniya klubu ilə bağlanmış keçmiş müqavilələri yenidən gündəmə gətirib. “Barselona” klubu isə buna qarşılıq olaraq braziliyalı futbolçuya 12.5 milyon funt sterlinq məbləğində “sədaqət bonusu” ödəyib.

 

Lakin Neymar “Barselona”nın ona 10.5 milyon funt sterlinq dəyərində başqa bir borcunun olduğunu da iddia edib. Klub isə bu müqavilələrdən meydana gələn bonusların, Neymarın 2022-ci ilə qədər klubda qalacağı təqdirdə ödənəy biləcəyini bəyane dib.

 

Futbolçu bu səbəbdən məhkəməyə müraciət edib və atası ilə birlikdə Kataloniyaya gəlib.

Müəllif: Ayna.az      27 Sentyabr 2019 12:41
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin