Əsas səhifə Haqqımızda Xəbər lenti

Bəzi şəhər və rayonlarda qaz təchizatı dayandırılıb

Bəzi şəhər və rayonlarda qaz təchizatı dayandırılıb

Proses bu gün saat 09:00-dan başlayıb və işlər başa çatanadək davam edəcək

 

Gəncə şəhəri və bəzi rayonlarda təbii qaz təchizatı dayandırılıb. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Məlumata görə, sentyabrın 27-si saat 09:00-dan etibarən işlər başa çatanadək, “Qaz İxrac” İdarəsinin həyata keçirəcəyi quraşdırma işləri ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

 

Saat 09:30-dan etibarən isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində qaz fasilələrlə verilir.

Müəllif: Ayna.az      27 Sentyabr 2019 11:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin