Bakıda qəzaya uğrayan avtomobilin sürücüsü döyülüb

Bakıda qəzaya uğrayan avtomobilin sürücüsü döyülüb

Sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Nərimanov rayonunda 2 nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.

AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi ilə Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Həsənov Rəşad Rafiq oğlu idarə etdiyi "BMW" markalı avtomobillə Mirəli Qaşqay küçəsinə dönmək istəyərkən "Lada Priora" markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Daha sonra R.Həsənov "Lada"-dakı sürücü və sərnişinlər tərəfindən döyülüb. Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıb.

Döyülən sürücü ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Müəllif: Ayna.az      27 Sentyabr 2019 03:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin