“Elinanın hüquqları uğrunda mübarizəyə qoşulmağa hazıram”

“Elinanın hüquqları uğrunda mübarizəyə qoşulmağa hazıram”

Adil İsmayılov: “Tanış olduğum materialların əsasında deyə bilərəm ki, iş üzrə aparılmış istintaq bərbad vəziyyətdədir”

 

Tanınmış vəkil Adil İsmayılov, cari il aprelin 4-də Bakıdakı 162 saylı məktəbdə intihar etmiş Elina Hacıyevanın hüquqlarının müdafiəsinə qalxmağa hazır olduğunu bəyan edib. AYNA xəbər verir ki, vəkil bununla bağlı sosial şəbəkədə məlumat paylaşıb:

“Hüquqşünas Səbuhi Axundov bir status paylaşıb. Yazır ki, "Adil müəllim mərhum Elina Hacıyeva işində haqq uğrunda savaşa atılacaqmı?"

 

Soruşur ki, "Neçə nəfərik, bu cinayət işində Adil İsmayılovu vəkil kimi görmək istəyən?" (Cəmi 21 nəfər toplaya bilib)

 

Sonra da mənə müraciət edir: “İşin bu mərhələsində sizə çox ehtiyac var. Əminəm ki, yoldaş vəkil etiraz etməyəcək".

 

Elinanın işi ilə tam olmasa da, kifayət qədər tanışam. Tanış olduğum materialların əsasında deyə bilərəm ki, iş üzrə aparılmış istintaq çox mülayim desəm, bərbad vəziyyətdədir, dünən müşahidəçi kimi iştirak etdiyim məhkəmə prosesi də bu gedişlə nəyinsə dəyişəcəyinə ümid vermir.

 

Hazırki vəziyyətdə reputasiyam üçün hansı mənfi nəticələr gətirə biləcəcəyini göz önünə alaraq, Elinanın yaxınlarının müraciət edəcəyi və razılığa gələcəyimiz təqdirdə, bu işdə onların hüquqlarını müdafiə etməyə hazıram. Bunu istəyən neçə nəfər var?”

Müəllif: Ayna.az      26 Sentyabr 2019 15:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin