Şabran sakinlərinin nəzərinə

Şabran sakinlərinin nəzərinə

Qaz təchizatının dayandırılması təmir işləri ilə əlaqədardır
 

Bu gün saat 16:00-dan 18:00-dək 2 saat müddətinə Şabran rayonunun mərkəzində və bir neçə kənddə qaz təchizatı dayandırılacaq.

 

AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Məlumatda bildirilir ki, qaz təchizatının dayandırılması “Qaz İxrac” İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğularla əvəzlənməsi işlərinin aparılması ilə əlaqədardır. 

Müəllif: Ayna.az      26 Sentyabr 2019 12:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin