Kanadada Azərbaycan mətbəxinə töhfə

Kanadada Azərbaycan mətbəxinə töhfə

Kanadada Azərbaycan mətbəxinə həsr olunan kitab işıq üzü görüb

 

Bu günlərdə Kanadada “Azərbaycan və dünya mətbəxindən 101 resept” adlı kitab işıq üzü görüb. Kitabın müəllifi orada yaşayan azərbaycanlı Şölə Axundovadır. 

Müəllifin dediyinə görə, kitabın ərsəyə gətirilməsində məqsəd Azərbaycan mətbəxinin zəngin ənənələrini və eləcə də milli təamlarımızın hazırlanması qaydalarını kanadalılara təqdim etməkdən ibarətdir.


Nəzərə alanda ki, mənfur qonşularımız bizim təamlarımızı öz adlarına çıxaraq, bütün dünyaya erməni mətbəxinin nümunələri kimi təqdim etməyə çalışırlar, onda Şölə xanımın bu xidmətinin nə qədər böyük olduğunu anlamaq olar. İngilis dilli oxucular üçün nəzərdə tutulan bu kitab, artıq Amazon. Com satış platformasında və eləcə də Kanadanın kitab mağazalarında oxuculara təqdim olunub.

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

24 İyun 2019 13:58
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin