Bakıda sərnişin avtobusu qəza törətdi: xəsarət alan var

Bakıda sərnişin avtobusu qəza törətdi:     xəsarət alan var

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb

 

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

Belə ki, 79 saylı marşrut avtobusu sürət həddini aşaraq avtomobillə toqquşub. Hadisə zamanı avtobusdakı sərnişin, 1993-cü il təvəllüdlü Kərimova Təbəssüm Əsəd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Ona sağ diz oynağının əziyi diaqnozu qoyulub.

 

Müəllif: Ayna.az      25 Sentyabr 2019 23:50
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin