Qadının xərçəng olmuş dilini öz qolunun əti ilə bərpa etdilər

Qadının xərçəng olmuş dilini öz qolunun əti ilə bərpa etdilər

Cərrahlar 11 saat davam edən əməliyyatla xəstəyə öz qolunun toxumasından süni dil yaradıblar

 

Böyük Britanıya vətəndaşının itirilmiş dili elə öz bədəni hesabına bərpa olunub. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Rebekki Patterson adlı qadının 8 yaşı olanda həkimlər tərəfindən dilində oral kandidoz aşkarlanıb. Bu xəstəlik onun üçün təhlükəli hesab olunmasa da, özündə narahatçılıq yaradıb. 

 

Xəstə uzun müddət qida qəbul edə bilmədiyinə, ağrıdan şikayətləndiyinə görə ötən il biopsiya olunub. Məlum olub ki, dilində xərçəng var. Dili əməliyyat yolu ilə götürülən Rebekkiyə həkimlər başqa çarə tapıblar. Cərrahlar 11 saat davam edən əməliyyatla xəstəyə öz qolunun toxumasından (dərisindən) süni dil yaradıblar. 

 

Uğurlu əməliyyatdan sonra Rebekki bir müddət danışıq və udmaq qabiliyyətini bərpa edə bilməyib. Yalnız 5 aydan sonra o, normal həyatına və işinə dönüb, artıq nitq qabiliyyəti də keçmiş vəziyyətinə qayıdır.

Müəllif: Ayna.az      25 Sentyabr 2019 17:18
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin