“Tokio-2020” Olimpiya Oyunlarına lisenziya qazandıq

“Tokio-2020” Olimpiya Oyunlarına lisenziya qazandıq

İdmançımız kiçik çaplı tapançadan 25 metr məsafəyə atışda 587 xal hesabı ilə 1-ci yerə layiq görülüb

 

Sentyabrın 23-də İtaliyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib. 20-dən çox ölkədən 47 idmançının mübarizə apardığı yarışda Azərbaycanı dünya kubokunun 3-cüsü Ruslan Lunev təmsil edib.

 

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, idmançımız kiçik çaplı tapançadan 25 metr məsafəyə atışda 587 xal hesabı ilə 1-ci yerə layiq görülüb.

 

Qeyd edək, Ruslan 22 sentyabr tarixində güllə atıcılığının 25 metr məsafəyə 5 hədəfə atışında 580 xal toplayaraq 5-ci yerə layiq görülüb və  Tokio 2020 Olimpiya Oyunlarına lisenziya qazanıb.

Müəllif: Ayna.az      25 Sentyabr 2019 15:07
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin