“Qafqaz qartalları” xüsusi hərbi tapşırığı yerinə yetiriblər – FOTO, VİDEO

“Qafqaz qartalları” xüsusi hərbi tapşırığı yerinə yetiriblər –     FOTO, VİDEO

Qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunub

 

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      25 Sentyabr 2019 12:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin