Ramin Abdulrəhmanov dəfn olunub

Ramin Abdulrəhmanov dəfn olunub

Hərbçimiz Quba şəhər qəbiristanlığında torpağa tapşırılıb

 

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu dəfn edilib. AYNA xəbər verir ki, o, Quba şəhər qəbiristanlığında torpağa tapşırılıb. 

 

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciət olunub.

 

BQXK-nın vasitəçiliyi ilə hərbçinin meyiti təmas xətti ərazisindən çıxarılıb.

Müəllif: Ayna.az      24 Sentyabr 2019 13:45
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin