Səhiyyə Nazirliyi: Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb

Səhiyyə Nazirliyi: Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb

Digər yaralını paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər

 

Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki kişi (39 və 31 yaş) ağır xəsarət alaraq, kritik vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına (MRX) çatdırılıb.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir.

Müəllif: Ayna.az      24 Sentyabr 2019 11:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin