Ərdoğan İstanbuldakı seçkilərdən danışdı

Ərdoğan İstanbuldakı seçkilərdən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təkrar bələdiyyə seçkilərində qələbə qazanan Əkrəm İmamoğlunu təbrik edib. AYNA xəbər verir ki, R.T.Ərdoğan təbrikini öz “Twitter” səhifəsində paylaşıb. Dövlət başçısı səsvermənin nəticələrinin xeyirli olmasını dilədiyini bildirib: “Milli iradə bu gün bir daha özünü göstərdi. İlkin nəticələrə əsasən, seçkilərdə qələbə qazanan Əkrəm İmamoğlunu təbrik edirəm”. Qeyd edək ki, ilkin nəticələrə görə, Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu səslərin 54,03 faizini, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım isə 45,09 faizini qazanıb.
Müəllif: Ayna.az      23 İyun 2019 23:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin