Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılır

Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılır

Qanuna dəyişiklik gələn il yanvarın 1-dən etibarən qüvvəyə minəcək

 

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır. AYNA Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

 

Qanuna dəyişiklik Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Müəllif: Ayna.az      23 Sentyabr 2019 14:21
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin