Yolu azaraq düşmən tərəfə keçən əsgərimiz öldürülüb

Yolu azaraq düşmən tərəfə keçən əsgərimiz öldürülüb

Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub

 

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı əraziyə keçib. Nəticədə hərbçimiz ermənilər tərəfindən vurulub.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

 

MN bəyan edir ki, Ermənistan KİV-də, guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

Müəllif: Ayna.az      23 Sentyabr 2019 11:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin