Qazaxda xidməti it “Böyük qara şeytan”ı ələ verib

Qazaxda xidməti it “Böyük qara şeytan”ı ələ verib

Gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən pirotexniki vasitələr aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz -21074" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə "Buran" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının sol tərəf arxa və ön qapılarının, yanacaq çəninin içərisində 1120 ədəd, üzərində "Mega Black Devil" (“Böyük qara şeytan” – tərc.) yazısı olan pirotexniki vasitələr aşkar olunub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      23 Sentyabr 2019 11:10
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin