“Qalatasaray” “Yeni Malatyaspor”la bacarmadı

“Qalatasaray” “Yeni Malatyaspor”la bacarmadı

Türkiyə Super Liqasında V turun növbəti oyunları keçirilib

 

Çempionatın lideri “Alanyaspor” ilk xal itkisi ilə üzləşib. AYNA xəbər verir ki, lideri autsayder “Gənclərbirliyi” büdrədib – 1:1. Ön sıralarda qərarlaşan “Rizəspor” və “Qaziantep”in duelində sonuncular səfər qələbəsinə seviniblər.

 

Son çempion “Qalatasaray” “Yeni Malatyaspor”un qonağı olub. 23-cü dəqiqədə Serinin vurduğu top İstanbul təmsilçisini önə çıxarsa da, Gilyerme qarşılaşmanın sonlarında tarazlığı bərpa edib.

 

Qeyd edək ki, tura bugün keçiriləcək iki oyunla yekun vurulacaq.

 

Türkiyə Super Liqası
V tur
22 sentyabr


“Rizəspor” – “Qaziantep” – 1:2
Samudio, 65 – Demir, 12, Tvumasi, 16


“Gənclərbirliyi” – “Alanyaspor” – 1:1
Stanku, 45 (pen.) – Gülselam, 66


“Yeni Malatyaspor” – “Qalatasaray” – 1:1
Gilyerme, 89 - Seri, 21

Müəllif: Ayna.az      23 Sentyabr 2019 04:30
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin