Premyer Liqa: "Neftçi" "Keşlə" ilə heç-heçə etdi

Premyer Liqa: "Neftçi" "Keşlə" ilə heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib

 

Həftənin üçüncü matçında "Neftçi" "Keşlə"ni qəbul edib. 

 

AYNA xəbər verir ki, "Bakcell Arena"da baş tutan görüşün ilk yarısında hesab açılmayıb. Birinci hissədə əsas diqqət çəkən məqam meydan sahiblərinin azlıqda qalması olub. "Ağ-qaralar"ın yeni transferi Donald Gerye 34-cü dəqiqə ikinci dəfə sarı vərəqə alıb və meydanı tərk edib.

 

Qarşılaşmanın ikinci hissəsində də tarazlıq pozulmadığından tərəflər 1 xalla kifayətləniblər.

 

Xalını 7-ə çatdıran "Keşlə" "Zirə" ilə 3-4-cü yerləri bölüşür. "Neftçi" isə 5 xalla 6-cı yerdədir.

 

Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. "Səbail" isə evdə "Qəbələ" ilə bərabərə qalıb - 1:1. Tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq

 

Müəllif: Ayna.az      22 Sentyabr 2019 23:48
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin