Əhaliyə 23 sentyabr xəbərdarlığı

Əhaliyə 23 sentyabr xəbərdarlığı

Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var

 

Sentyabrın 23-dən Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq. 

 

Azərbaycanın rayonlarında

 

Hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Müəllif: Ayna.az      22 Sentyabr 2019 13:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin