"Qəbələ" "Səbail"lə heç-heçə etdi

"Qəbələ" "Səbail"lə heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib

Günün ikinci matçında "Səbail" "Qəbələ"ni qəbul edib. 

AYNA xəbər verir ki, "ASCO Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rövlan Muradov 17-ci dəqiqədə baxımlı qolla hesabı açıb. Meydan sahibləri isə 68-ci dəqiqədə tarazlığı bərpa edə bilib - Mirabdulla Abbasov fərqlənib.

Bu nəticədən sonra 4-cü xalını qazanan "Qəbələ" 7-ci yerdə qalıb. "Səbail" isə 10 xalla ikincidir.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" evdə "Sabah"ı məğlub edib 1:0. Turun "Neftçi" - "Keşlə" qarşılaşması sentyabrın 22-də, "Zirə" - "Qarabağ" görüşü isə sentyabrın 23-də olacaq.

Müəllif: Ayna.az      22 Sentyabr 2019 03:00
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin