İran dünyanı ABŞ-a qarşı çıxmağa səsləyir

İran dünyanı ABŞ-a qarşı çıxmağa səsləyir

Həsən Ruhani İran və ABŞ münasibətlərinin gərginləşməsindən bu yana ən sərt açıqlamasını verib

 

"ABŞ bölgədə gərginliyi alovlandırır. Onlar beynəlxalq qaydalara əməl etməyərək İranın hava sərhəddini pozdular"

 

AYNA xəbər verir ki, bu sözləri "Fars" xəbər agentliyinə müsahibəsində İran prezidenti Həsən Ruhani səsləndirib. O baş verənlərdə bir tərəfli olaraq ABŞ-ı günahlandırıb. O, bölgənin çox həssas və bir çox ölkələr üçün önəmli olmasını diqqətə çatdıraraq beynəlxalq qurum və təşkilatların hərəkətə keçməli olduğunu vurğuayıb.

 

Qeyd edək ki, cümə axşamı günü İran Fars körfəzində ABŞ-a aid hərbi pilotsuz uçan aparatını vurub. İran ABŞ-ın sərhədlərini pozmaqla cəsusluq etdiyini, ABŞ isə dronun beynəlxalq hava məkanında vurulduğunu iddia edir.

Müəllif: Ayna.az      23 İyun 2019 17:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin