Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazandı - FOTOLAR

Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazandı -   FOTOLAR

Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar

 

Finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşlı yeniyetmələr, -52 kq) qızıl medala sahib olub. AYNA xəbər verir ki, Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.

 

Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Y.Bəşirov həmçinin İran Karate Federasiyasının prezidenti Seyid Hassan Tabatabaeiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.

 

20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaq.

 

Müəllif: Ayna.az      20 Sentyabr 2019 23:51
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin