Azərbaycanda xarici içkilər 40 faizədək ucuzlaşacaq

Azərbaycanda xarici içkilər 40 faizədək ucuzlaşacaq

Texnologiya və qablaşdırma xarici bazarlarda satışa çıxarılan araqlarla tam uyğun olacaq

 

Xəbər verdiyimiz kimi, “CARÇIOGLU GROUP” MMC-nin nəzdində tikilən “RUS AZERİ SPİRİTS” araq zavodu açılışa tam hazırdır. Zavod Qusar şəhərində yerləşir.

 

İstehsal üçün mütəxəssislər Rusiya Federasiyasından – Tatarıstan Respublikasının “Tatspirtprom” şirkətindən dəvət olunublar. Rusiya Federasiyasında iki böyük zavodda araqlar gümüş və qızıl filtrlərdən süzülür. Azərbaycanda isə ilk olaraq “RUS AZERİ SPİRİTS” zavodunda araqlar qızıl və gümüş filtrlərdən süzüləcək.

 

Ukrayna, Rusiya, Belarus və Avropanın bir neçə dövlətində istehsal edilən araq markalarının Azərbaycanda ilk olaraq lisenziyalı istehsalına başlanılacaq. Dünya markaları artıq Azərbaycanda satışa çıxarılacaq. Əsas məqsəd ölkənin qeyri-neft sektorunun inkşafına xidmət etməkdir.

Zavodun özəlliklərindən biri də budur ki, eyni xarici məhsullar istehsal ediləcək və milyonlarla vəsait Azərbaycan büdcəsinə qalacaq. Qiymətlər xarici bazarlardan alınan məhsullarla müqayisədə 30-40% aşağı olacaq. Bu da təbii ki, alıcıların cibinə uyğun olacaq.

Texnologiya, qablaşdırma bütünlükdə xarici bazarlarda satışa çıxarılan araqlarla tam uyğundur. İstehsal zamanı həmin zavodların mütəxəssisləri məhsulların istehsal və qablaşdırmasında iştirak edəcəklər.

 

Lisenziyalı məhsullar

 

Tatspirtprom araqları “TUNDRA”, “Graf  LEDOFF”, Rusiya araqları “KREMLİNKA”, “ВОЗДУХ”, İsveç arağı “TOVARITCH”.

 

Yeni lisenziyalı süzülən məhsullar

 

Rusiya araqları “AKDOV”, “РУССКАЯ ВАЛЮТА”, Tatspirtprom “Серебряная Гора”, Ukrayna araqları “PRIME”, “ЖИТНИK”, “ПЕРША ГИЛЬДИЯ”, “Rada”, “Celsius”, “BAYADERA”, Krım Алеф-Виналь “MARLIN”, “SOLOD”, Rusiya “BIONICA”.

 

Bunlardan əlavə, Sankt-Peterburq məhsulu “ЦАРСКАЯ” arağı istehsal olunacaq.

 

Ukrayna və Rusiya araqları 30-40 faiz ucuzlaşacaq

 

“RUS AZERİ SPİRİTS” zavodu Ukrayna, Rusiya, Baltikyanı araqlarını istehsal edib dünya bazarına satışa çıxaracaq. Məhsullar Bolqarıstan, Türkiyə, İraq və Orta Asiya ölkələrində satılacaq. Həmin dövlətlərlə artıq müqavilələr bağlanılıb.

 

Şirkət istehsal etdiyi məhsullarla Azərbaycana idxal olunan araq məhsullarının 80%-ni dayandıracaq. Bu isə bazarda Ukrayna, Rusiya, Belarus məhsullarının 30-40% ucuzlaşması deməkdir. Keyfiyyət isə Azərbaycana idxal olunan məhsullardan olduqca üstün olacaq.

Yerli məhsullar

 

Zavod yerli məhsullar da istehsal edəcək. “WHITE TIGER”, “WHITE BEAR”, “EXCLUSIVE” araqları həmin məhsullara daxildir.

 

Meksika içkisi

 

“TEQUILA” içkiləri Meksikada istehsal olunur. Keçmiş Sovet ölkələrindən yeganə olaraq “TEQUILA” məhsullarının istehsalına Azərbaycanda “RUS AZERİ SPİRİTS” zavoduna icazə verilib. Zavod “TEQUILA”nın üç məhsulunu istehsal edəcək: “DILIGENCIAS”, “Sombrero”, “SENOR”.

Müəllif: Ayna.az      20 Sentyabr 2019 20:03
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin