Əsas səhifə Haqqımızda Xəbər lenti

Siz ictimai asayişi pozursunuz – XƏBƏRDARLIQ

Siz ictimai asayişi pozursunuz –                         XƏBƏRDARLIQ

“Bu məsələyə heç bir nəzarət yoxdur, ona görə də sürücülər qayda pozmaqdan çəkinmirlər”

 

Paytaxt sakinlərini son illərdə ən çox narazı salan məqamlardan biri, gecə saatlarında küçələrdə şütüyən avtomobillərdən ucalan yüksək tonlu musiqi sədalarıdır. Səs ətrafa o qədər güclü yayılır ki, avtomobilin içərisindəki(lər)in bundan necə həzz aldıqlarını təsəvvür edə bilmirsən.

 

Bu durum xəstələr, uşaqlar üçün xüsusilə ciddi problem yaradır. Əgər mənzilin yaxınlığında işıqfor yerləşirsə, vəziyyət daha da dözülmüz hal alır. Çünki işıqforda dayanmış maşından yüksələn musiqi səsi, ən azı 20 saniyə ərzində evdəkilərin yuxusuna haram qatır.

 

Maraqlısı isə odur ki, Dövlət Yol Polisi əməkdaşları belə hallarla qarşılaşsalar da, həmin sürücülər cəzalandırılmır. O zaman sual yaranır: Bəs insanlara, sözün əsl mənasında, işgəncə yaşadan belə sürücülərlə bağlı hansı qurum tədbir görməlidir? 

 

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AYNA-nın bu sualına cavab olaraq bildirib ki, bu məsələ polisi də narahat edir: “Əgər gecə saatlarında sürücü avtomobilinin yan şüşələrini açıb, yüksək sürətlə, həmçinin yüksək səslə musiqi dinləyərək hərəkət edirsə, Dövlət Yol Polisi əməkdaşları buna biganə yanaşmırlar. Həmin sürücülərin diqqətinə ictimai asayişi pozduqlarını çatdırırlar. Mən özüm də dəfələrlə olub ki, şəxsi avtomobilimdə hərəkət edən zaman belə halla rastlaşmışam və avtomobili saxlayıb sürücüyə iradımı bildirmişəm. Onlar da üzr isəyib, musiqinin səsini azaldaraq yollarına davam ediblər”.

Müəllif: Təranə Xudabaxşiyeva      4 İyul 2019 10:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
13 İyun
23:38
Yeni erməni hallüsinasiyaları - “Günah keçisi” axtarışı
13 İyun
22:25
Uyğurların fəryadı bütün dünyaya yayılıb – Vahiməli mənzərə
13 İyun
21:15
Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub
13 İyun
19:02
Ankara-Moskva münasibətləri: Əməkdaşlıq rəqabəti pərdələyə bilmir
13 İyun
15:05
Yüz fikir bir borcu ödəməsə də, problem qapıya dayanıb
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin