Altı gün əvvəl toyu olan kişi özünü asıb

Altı gün əvvəl toyu olan kişi özünü asıb

Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil

 

Sabirabad rayonunda intihar hadisəsi baş verib. AYNA Virtualaz.org-a istinadən bildirir ki, şəhərin H.Aslanov küçəsi, ev 25-də yaşayan 35 yaşlı Orxan Tofiq oğlu Məhərrəmli özünü yaşadığı evin həyətindəki üzüm çardağından asaraq intihar edib. Cəmi 6 gün əvvəl, iyun ayının 17-də Orxanın toyu olubmuş.

 

O.Məhərrəmli Sabirabad regional Toxumçuluq İdarəsində aqronom işləyib. Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      23 İyun 2019 14:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin