Futbol azarkeşlərinin səbirsizliklə gözlədikləri gün gəldi

Futbol azarkeşlərinin səbirsizliklə gözlədikləri gün gəldi

A qrupunun ən maraqlı qarşılaşması Fransanın Paris şəhərində baş tutacaq

 

Bu gün Çempionlar Liqasında maraqla gözlənilən bir sıra oyunlar baş tutacaq. AYNA xəbər verir ki, günün ilk görüşündə, Azərbaycanda da kifayət qədər azarkeşi olan “Qalatasaray” mübarizə aparacaq.

 

A qrupundakı bu qarşılaşma “Club Brügge” ilə “Qalatasaray” arasında olacaq. Bakı vaxtı ilə 20:55-də başlayacaq oyunda, Belçika təmsilçisi Türkiyə klubunu sınağa çəkəcək.

 

A qrupunun ən maraqlı qarşılaşması isə Fransanın Paris şəhərində baş tutacaq. Fransa təmsilçisi “Paris Saint-Germain”, Çempionlar Liqasını ən çox qazanmış komandanı “Real Madrid”i məğlub etməyə çalışacaq.

 

Turun digər oyunları yerli vaxtla 23:00-dan etibarən başlayacaq. Bu saatdan etibarən B qrupunda “Olimpiakos” “Tottenham Hotspur” ilə, “Bayern Münhen” isə autsayder “Crvena Zvezda” ilə nəticələrə aydınlıq gətirəcək.

 

“Dinamo Zaqreb” C qrupunda Çempionalar Liqasının debutantı “Atlanta” ilə, Ukrayna “Şaxtyor”u isə liqanın favoriti “Mançestr Siti” ilə “döyüşəcək”.

 

Turun digər maraqlı oyunu isə D qrupunda baş tutacaq. Keçən mövsüm “Yuvenstus” tərəfindən yarı yolda buraxılan “Atletiko Madrid”, sözügedən komandadan qisas almağa çalışacaq. “Bayer Leverkuzen” isə “Lokomotiv Moskva”nı doğma meydanda sınağa çəkəcək.

 

Qeyd edək ki, baş tutacaq qarşılaşmalar Çempionlar Liqasının yeni mövsümündə ilk qarşılaşmalarıdır. Növbəti turun oyunları isə 2 həftə sonra baş tutacaq.

Müəllif: Ayna.az      18 Sentyabr 2019 12:08
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin