Çempionlar Liqası 1:1-lərlə başladı - VİDEO

Çempionlar Liqası 1:1-lərlə başladı -     VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilib

 

İtaliyanın Milan və Fransanın Lion şəhərlərində erkən başlayan iki görüşdə eyni nəticə – 1:1-lik heç-heçə qeydə alınıb.

 

AYNA Oxu.az-a istinadən xəbər verir ki, ilk sürpriz nəticə Milanda baş verib. Çexiya çempionu olan Praqa “Slavia”sı İtaliyanın top klublarından sayılan “İnter”i öz meydançasında büdrədib. “Neradzurra” məğlubiyyətdən yalnız oyuna əlavə olunmuş səkkiz dəqiqənin içində qaça bilib. Meydana ikinci hissədə daxil olmuş Nikolo Barella 90+2-ci dəqiqədə fərqlənib.

 

Rusiya çempionu “Zenit” isə çətin Fransa səfərindən bir xalla dönməyi bacarıb. “Lion” isə məğlubiyyətdən hollandiyalı hücumçu Memfis Depayın penalti zərbəsindən sonra qaçıb.

 

 
Müəllif: Ayna.az      18 Sentyabr 2019 02:45
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin