Əsas səhifə Haqqımızda Xəbər lenti

Dövlət xəstəxanalarının aqibəti bəlli oldu - Pulsuz tibbi xidmət ləğv edilir?

Dövlət xəstəxanalarının aqibəti bəlli oldu -   Pulsuz tibbi xidmət ləğv edilir?

İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək

 

Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri, gələn ildən ölkədə icbari tibbi sığorta (İTS) sisteminin tətbiqinə başlanacağıdır. Bu sistemin hansı formada tətbiq olunacağı, kimlərə şamil olunacağı və digər ayrıntılar barədə daha əvvəl məlumat vermişik.

 

Bu dəfə isə başqa suallara cavab tapmağa çalışdıq. Belə ki, Azərbaycanın dövlət xəstəxanalarında ödənişsiz tibbi xidmət mövcud olduğu halda, icbari tibbi xidmətə nə ehtiyac var? Dövlət xəstəxanalarında icbari tibbi sığorta sisteminə keçid olsa, proses necə təşkil olunacaq?

 

AYNA-nın bu yöndə sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, İTS-in tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək: “Çünki indiki halda onlara əhaliyə göstərdiyi tibbi xidmətlərin müqabilində ödəniş etmək olmur. Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin qanuna əsasən, publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır”.

Müəllif:      18 Sentyabr 2019 12:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
18 May
13:20
Dördüncü dalğa təhlükəsi: Mutantlar hind sərhədlərini aşarsa...
18 May
10:19
“Beşinci kolon”a qarşı mübarizə sərtləşir - Kremlin xaricə uzanan qollarına zərbə
17 May
23:11
“Bu, mənim son döyüşümdür”
17 May
21:04
DYP iş başında: "Kəşf” edilmiş bəhanə və cərimə şakəri
17 May
19:21
Borçalı türklərinə çağırış: “Təxribata getməyin”
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin