Əsas səhifə Haqqımızda Xəbər lenti

Saatlıda çətənə yetişdirən şəxs saxlanılıb

Saatlıda çətənə yetişdirən şəxs saxlanılıb

Yadulla Huseynovun yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəllər kənd sakini Yadulla Hüseynov saxlanılıb.

 

Onun yaşadığı evin ətrafına baxış keçirilən zaman Y.Huseynovun böyürtkən kolları arasında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      22 İyul 2021 09:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin