Əsas səhifə Haqqımızda Xəbər lenti

Tunis sahillərində 17 miqrant batıb

Tunis sahillərində 17 miqrant batıb

Həyatını itirənlərin hamısı Banqladeş vətəndaşlarıdır

 

Tunis sahillərində gəminin qəzaya uğraması səbəbindən 17 nəfər həyatını itirib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, gəminin göyərtəsində olan miqrantlar Liviyadan İtaliyaya getmək üçün Aralıq dənizini keçməyə çalışıblar.

 

Həyatını itirənlərin hamısı Banqladeş vətəndaşlarıdır.

 

Qeyd olunub ki, sahil mühafizəsi 380 nəfərin həyatını xilas etməyi bacarıb.

Müəllif: Ayna.az      22 İyul 2021 07:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin