Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İkitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefonla danışıb.

 

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, hər iki ölkənin lideri müsəlmanların Qurban Bayramı münasibətilə qarşılıqlı olaraq bir-birilərini təbrik ediblər.

 

Prezidentlər ikitərəfli əlaqələrin və regional məsələləri müzakirə ediblər.

 

Prezident Ərdoğan bildirib ki, Ruhani ilə indiyədək davam edən yüksək səviyyəli əməkdaşlığı və dialoqu İranda prezident vəzifəsini öz üzərinə götürəcək yeni rəhbərliklə də davam etdirəcəklərinə inanır.

 

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Sefik Caferoviçlə də telefonla danışıb. Liderlər Qurban Bayramı münasibətilə qarşılıqlı olaraq bir-birilərini təbrik ediblər.

Müəllif: Ayna.az      21 İyul 2021 23:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin