Əsas səhifə Haqqımızda Xəbər lenti

Afrikada koronavirusla bağlı son vəziyyət

Afrikada koronavirusla bağlı son vəziyyət

İndiyədək 160 minədək insan virusdan vəfat edib 

 

Afrikada koronavirusa yoluxanların sayı 6,28 milyon nəfəri ötüb.

 

AYNA-nın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

 

Məlumata əsasən, iyulun 21-i üçün Afrikada koronavirusa 6 281 998 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 159 719 nəfəri vəfat edib, 5 513 426 nəfəri isə sağalıb.

 

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Misirdə və Efiopiyada qeydə alınıb.

Müəllif: Ayna.az      22 İyul 2021 04:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin