Əsas səhifə Haqqımızda Xəbər lenti

Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib

Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət 

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bu gün koronavirusdan 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib. 2 527 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, bu günə qədər isə ümumilikdə 3 935 913 test icra olunub.

Müəllif: Ayna.az      21 İyul 2021 19:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin