Azərbaycan teleməkanında ilk - Robot veriliş apardı - VİDEO

Azərbaycan teleməkanında ilk - Robot veriliş apardı -       VİDEO

Balakişi Qasımov: "Çalışırıq ki, bunu yüksək səviyyədə həyata keçirə bilək"

 

İctimai Televiziyanın yeni mövsümündə  “3D” adlı layihə start götürüb.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, verilişin digərlərindən fərqi aparıcının robotla əvəzlənməsi olub. Dadaşlinski Dadaş Dadaş oğlu adlı robot qəbuluna yazılan şəxslərdən biri ilə - İTV-nin Baş direktoru Balakişi Qasımovla söhbətləşib.

 

20 dəqiqəyə yaxın davam edən proqramda B. Qasımov bir sıra maraqlı açıqlamalar verib.

 

Aparıcının “Reytinqdə neçənci yerdəyik?” sualına Baş direktor cavabında bunun onun üçün o qədər də əhəmiyyət daşımadığını bildirib:

 

“Əgər ciddi cavab versəm, ümumiyyətlə, mənim üçün reytinq önəmli deyil. Ona görə ki, Azərbaycanda, əfsuslar olsun ki, uzun bir müddətdir ki, reytinq düzgün ölçülmür. Əgər bu gün ölçülülən reytinqdə birinci olmaq məqsədimiz olsaydı, biz bayağı verilişlərə üstünlük verməli olacaqdıq. Bunu nə özümüzə yaraşdırırıq, nə də bizim tamaşaçılara. Bizim meyar reytinq deyil, keyfiyyətli və tamaşaçılar tərəfindən qəbul olunan və istənilən verilişlərin istehsalıdır. Çalışırıq ki, bunu yüksək səviyyədə həyata keçirə bilək".

 

B. Qasımov Azərbaycan Televiziyası və “ARB 24” telekanallarını izlədiyini açıqlayıb.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 07:36
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin